Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda avtobusda qorxulu anlar yaşandı – FOTO

Bakıda avtobusda qorxulu anlar yaşandı – FOTO

Bakıda sərnişin avtobusunda tüstülənmə olub.

Hadisə Rəşid Behbudov küçəsi istiqamətində hərəkətdə olan 88 nömrəli avtobusda qeydə alınıb. Nasazlıq səbəbindən avtobus sərnişinlərini mənzil başına çatdıra bilməyib. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az -a bildirib ki, 99-JK-359 nömrəli avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb. 

“Tüstülənmədə bu səbəbdən olub. Yəni hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb”. 

Aytən Zəhra 
Azvision.az 

Həmçinin oxuyun

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – Video

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir. Sürücü Aqil İsrafilov …