Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda avtobus sürücüləri “at oynadır” – FOTO

Bakıda avtobus sürücüləri “at oynadır” – FOTO

Bakıda 51 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü sükan arxasında telefonla danışaraq nəqliyyat vasitəsini kobud şəkildə idarə edib.

Sözügedən məlumatı əks etdirən videogörüntü sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Paylaşım edən sərnişin bildirib ki, 90 NH 941 dövlət nömrə nişanlı 51 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü “Raboçi” prospekti, “Nargilə” kafesinin yanından metronun “Həzi Aslanov” stansiyasına qədər telefonla danışıb.

Sərnişinlər aidiyyəti orqanların onların həyatını təhlükəyə atacaq davranışlara yol verən sürücülərlə bağlı tədbir görməsini istəyir.

Həmin görüntüləri təqdim edirik:

oxu.az

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …