Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / Bakıda anestezioloqun səhvi ucbatında xəstə narkozdan ayılmadı – FOTOLAR

Bakıda anestezioloqun səhvi ucbatında xəstə narkozdan ayılmadı – FOTOLAR

Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib.

Bu barədə “Report”a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyat zamanı narkozdan ayılmayaraq ölüb.

Xəstənin dayısı Ağasəf Xurşidov “Report”a bildirib ki, bir ay əvvəl S.Əliyevi xəstəxananın həkimi Toğrul Cəlilovun yanına gətiriblər: “Həkim xəstəni müayinə etdikdən sonra əməliyyat etməyi qərara aldı. Əməliyyata səbəb onurğa sütununun əyriliyi idi. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi. Əməliyyat zamanı həkimlərin, o cümlədən anestezioloqun səhvi ucbatında Səbuhi Əliyev narkozdan ayılmadı. Bu məsələdə xəstəxananın həkimləri, o cümlədən anestesioloq məsuliyyət daşıyır”.

Xəstə yaxınlarının bildirdiyinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: “Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …