Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda anada və yeni doğulmuş körpəsində koronavirus aşkarlandı

Bakıda anada və yeni doğulmuş körpəsində koronavirus aşkarlandı

Təcili yardım briqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

“Xəzər” telekanalı bildirir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.

Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …