Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Sosial / Bakıda ana 2 azyaşlı uşağı ilə küçədə yaşayır – FOTO

Bakıda ana 2 azyaşlı uşağı ilə küçədə yaşayır – FOTO

Ana və 2 azyaşlı körpəsi aylardır Xətai rayonu Xəzər dairəsində küçədə yaşayırlar.

Bu barədə sosial şəbəkədə məlumat verilib.

Bildirilir ki, azyaşlılar zibil qablarının yanında yeyir, orada da yatırlar:

Məlumatda o da qeyd olunur ki, ailəyə maddi yardım olunsa da, ana nədənsə belə həyat tərzinə üstünlük verir: “Deyilənə görə ailəyə maddi yardım olunub, 1500 manata yaxın pul gəlir ayda, amma qadın nədənsə belə yaşayışa üstünlük verir”.

Qeyd edək ki, paylaşımda məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. BakuPost

Həmçinin oxuyun

Mənzil bazarında qiymət artımının səbəbi nədir? – VİDEO

Paytaxta ən yaxın şəhərlərdən olan Sumqayıta köçənlərin sayı artıb. Belə ki, Bakıda ev ala bilməyənlər …