Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda ağacları qırıb obyekt tikirlər? – Video

Bakıda ağacları qırıb obyekt tikirlər? – Video

Bakıda gecə saatlarında yol kənarında yaşıllıq hissədə tikinti işərinə başlanıb.

Bu barədə görüntülər Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində çəkilib.

Sakinlər 1 A saylı binanın qarşısında yaşıllığın məhv edildiyini, obyekt tikildiyini iddia edirlər.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları həmin ünvana gəliblər. Onlar görülən işlərə müdaxilə ediblər.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. İşlərin qarşısı alınıb. Sözügedən ünvan nəzarətə götürülüb.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …