Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Bakıda ağaclar kəsilib?: İdarə “hə”, Nazirlik “yox” deyir

Bakıda ağaclar kəsilib?: İdarə “hə”, Nazirlik “yox” deyir

Binəqədi rayonu 8-ci mikrorayon ərazisində ağac kəsintisi faktı olmayıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı müəyyənləşib.

ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli yeddi ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin mütəxəssisləri tərəfindən budanaraq, 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.

Xatırladaq ki, ötən gün Binəqədi rayonu Nəcəf Nərimanov küçəsi 87 ünvanında, binaların qarşısında yerləşən parkda ağacların kəsildiyinə dair video material daxil olub. Görüntülərdə ərazidə beş ağacın məhv edildiyi görünürdü.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov faktı təsdiqləyib və bununla bağlı araşdırma başladıldığını deyib.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …