Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda ağac kəsiminə maraqlı etiraz – Video

Bakıda ağac kəsiminə maraqlı etiraz – Video

Kəsilmiş 6 ədəd Eldar şamının günahı bağışlanmaz! “Qafqazinfo” xəbər verir ki, bu sözlər Yusif Səfərov 12 ünvanında yaşayan bina sakinləri tərəfindən həyətdə asılmış lövhədə əksini tapıb. Binanın qarşısındakı ağacları kəsərək obyekt tikmək istəyən sahibkarla mübarizədən qalib çıxan sakinlər kəsilmiş ağacların xatirəsinə lövhə qoymaq qərarına gəlib.

Bina sakini İlham bəyin sözlərinə görə, ərazidə qeyri-qanuni olaraq “moyka”  tikmək istəyiblər:

“6 dənə 50 ilin Eldar şamı kəsildi. Qurumuş deyildi, bir şey deyildi. Biz də səs-küy saldıq, icazə vermədik ki, kəsilmiş ağacların yerinə obyekt tikilsin”.

Ağacların kəsilməsinə etiraz edənlərdən biri də binanın ağsaqqalı, Ağdam rayon məcburi köçkünü Mürşüd Hümbətov olub. Mürşüd bəyin sözlərinə görə, artıq kəsilmiş ağacların yerinə yeniləri əkilib:

“Ağaclar bizim yaşam mənbəyimizdir. Onlarsız biz yaşaya bilmərik. Böyük oksigen mənbəyi olan Braziliyadakı Amazon meşələri yanır, bütün dünya ayağa qalxıb, biz niyə həyətimizdəki ağaclar üçün qalxmayaq?! Hər yerə məktub yazdıq, müraciət elədik. Ancaq ağacları kəsən şəxslər cəzalandırılmadı. İndi kəsilmiş ağacların yerinə yeni fidanlar əkmişik, onlara baxırıq. Ümid edirik ki, gələcəkdə böyüyüb əvvəlki ağacların yerini tutacaq”.

Qeyd edək ki, lövhədə eyni zamanda, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər də yer alıb:

“Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …