Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda adamı şərə salan sürücülər var – Video

Bakıda adamı şərə salan sürücülər var – Video

Paytaxtda sürücülərdən biri digər avtomobil üçün qəza təhlükəsi yaradıb və həmin maşını öz avtomobili ilə vurub. Bu da azmış kimi, maşından enərək günahsız sürücünü təhqir etməyə başlayıb. 

“ Azinforum.az ” Xəzərxəbər-ə istinadən bildirir ki, əvvəlcə hərəkətdə olan avtomobili sağdan ötür. Həmin anda da minik avtomobilini vurur. Sonra isə hərəktdə ikən qəfildən əyləci basır və avtomobili digər minik maşınının qarşısında saxlayaraq qəza təhlükəsi yaradır.

Və daha sonar maşından düşən sürücü arxadakı avtomobilin sürücüsünün üstünə cumur. Sərnişin isə günahsız sürücünün avtomobilini yumruqla vurmağa başlayır. Sonradan onlar avtomobilə minərək hadisə yerindən yayınıblar.

Görüntülər paytaxtın Yusif Səfərov küçəsində hücuma məruz qalan avtomobildəki kamera tərəfindən qeydə alınıb.

Həmin avtomobilin sürücüsü Əli Həsənli bildirib ki, öz zolağıyla qaydalar çərçivəsində hərəkət edərkən, sol zolaqda hərəkətdə olan avtomobilin sürücüsü manevr etmə qaydasını pozaraq ona təhlükə yaradıb.

Ekespertlər bildirirlər ki, əgər hadisə nəticəsində günahsız sürücünün avtomobili zədələnmiş olsa, qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

 

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …