Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda 74 yol kəsişməsində sarı tor çəkilir

Bakıda 74 yol kəsişməsində sarı tor çəkilir

Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə paytaxtdakı 74 yol kəsişməsində sarı torların yaradılması ilə bağlı layihənin icrasına başlayacaq.

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. BNA rəsmisi bildirib ki, layihə çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərini əhatə edən 74 yol kəsişmədə yol hərəkətinin təşkili ilə bağlı nəqliyyat şəraiti yaxşılaşdılacaq:

“Yol hərəkətinin təşkili, nişanlanma ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda 74 kəsişmənin hər birində sarı kəsişmə toru nişanlanması tətbiq ediləcək. Bunun sayəsində Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, günün pik saatlarında sıxlıqların yaranmasının qarşısı alınacaq”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …