Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda 30 ağac aşdı – Fotolar + Video

Bakıda 30 ağac aşdı – Fotolar + Video

Hazırda müşahidə olunan güclü külək paytaxtda 30 ağac və ağac budağını aşırıb. Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. 

İki ağac avtomobilin üzərinə düşüb. İndiyə olan məlumata görə, xəsarət alan olmayıb. 

Aşan ağaclar ərazidən götürülür. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür. 

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …