Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur

Bakıda 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olan şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə bağlı olur.

“Report” xəbər verir ki, bunu Mərkəzin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmilərində epidemioloji araşdırmalar aparılır: “Zirzəmilərə suların bir qismi kommunikasiya xətlərin nasazlığından, bir qismi qurunt sularından, bir qismi isə digər qarışıq sulardan daxil olur”.

“Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur. Bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb. Əgər zirzəmidə nəmişlik varsa, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Zirzəmilərdə suyun olması yolverilməzdir”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …