Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Sosial / Bakıda 1600 şagirdin təhsil aldığı məktəbdə uşaqlar soyuqdan donur

Bakıda 1600 şagirdin təhsil aldığı məktəbdə uşaqlar soyuqdan donur

“Uşaqlar soyuqda dərs keçirlər, müəllimlər isə sinifdə palto və papaqla oturmağa icazə vermirlər”. Bakının Binəqədi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, 68a-da yerləşən 5 saylı tam orta məktəbin valideynləri tərəfindən virtualaz.org-a ünvanlanan şikayətdə belə deyilir.

Şikayətçilər bildirirlər ki, məktəbdə isitmə sistemi var, lakin istiliyin özü yoxdur. Dəfələrlə direktora müraciət edilsə də, nəticəsi olmayıb: “Artıq 3 ildir istilik problemə çevrilib. Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə də şikayət etmişik”.

Valideynlərdən biri deyir ki, övladı birinci sinifdə təhsil alır. Yuxarı siniflərdən fərqli olaraq, birincilərə sinifdə palto ilə oturmağa icazə verilir, lakin bu, dərsin keyfiyyətinə təsir edir. Uşaq palto ilə yazı yaza bilmir: “Məktəbdə dərslərin keçirilməsindən, müəllimlərdən narazı deyilik. Amma uşaq tez-tez xəstələndiyindən dərsə gedə bilmir. Bütün sinif bu gündədir, analar uşağın soyuqdan xəstələndiyindən şikayətçidirlər”.

Məktəbdən isə bildiriblər ki, valideynlərin şikayətindən xəbərdardılar. “Məktəbdə istiliyin olmaması səbəbini Bakı Şəhəri üzrə Təhsil İdarəsindən soruşun, mən açıqlama verə bilmərəm”, – məktəbin özünü təqdim etmək istəməyən əməkdaşı deyib.

İdarəsən isə virtualaz.org-a cavab verdilər ki, Bakı şəhəri 5 nömrəli tam orta məktəbə gələn qaz xətti əhalinin istifadə etdiyi aşağı təzyiqli qaz xəttinə birləşdirildiyindən, təhsil müəssisəsi normal şəkildə istiliklə təmin edilmir. “Bununla bağlı müvafiq qaydada müraciət olunub və problemin aradan qaldırılması üçün hazırda zəruri tədbirlər görülməkdədir”, – idarədən belə söyləyiblər.

Qeyd edək ki, məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır, burada 1600-dən çox şagird təhsil alır.

Həmçinin oxuyun

“Bonita” geyim mağazasından AZƏRBAYCANA qarşı təxribat – VİDEO

Yasamalda “İnşaatçılar” metrosunun yaxınlığındakı “Bonita” geyim mağazasında erməni mahnısı səsləndirilib. Azinforum.az Buta.media-ya istinadən xəbər verir …