Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Bakıda 10 manata çörək satılır

Bakıda 10 manata çörək satılır

Paytaxtın bəzi marketlərində 10 manata çörək satıldığı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, adi çörək 40-50 qəpiyə, bu çörəklər isə təxminən 10 manata satılır.

Söhbət Bakıda bəzi supermarketlərdə satılan “qlütensiz çörək”dən gedir. Belə çörəklər müştərilərə 8-10 manat arasında qiymətə təklif edilir. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu çörəyi baha edən səbəblər nələrdir?

Qida mühəndisi İsa Əliyev deyir ki, ”qültensiz çörək”lər bəzi xəstələrin ən çox istifadə etdiyi qidadır.

Onun sözlərinə görə, qlütenli çörəklər, yəni ”çölyak”, bağırsaq allergiyası xəstələri üçün zərərlidir. Ona görə də bu xəstəlikdən əziyyət çəkən insanlar qarğıdalı və kartof unundan hazırlanan ”qlütensiz çörək”lərdən istifadə edirlər. Ekspert az qala bir kiloqram ətin qiymətinə olan bu çörəklərin baha olmasının səbəbini xaricdən gətirilməsi ilə əlaqələndirir.

İsa Əliyev deyir ki, əgər bazarda bu cür qida məhsuluna tələbat çox olarsa, yerli iş adamları da “qlütensiz çörək”lərin istehsalı üçün addımlar ata bilərlər.

Həmçinin oxuyun

Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə …