Ana səhifə / Sosial / Bakıda əsas yollardan biri bağlanır

Bakıda əsas yollardan biri bağlanır

Aprel ayının 21-i gecə yarısından etibarən Sabunçu körpüsündən Olimpiya stadionuna qədər olan yol asfalt örtüyünün yenilənməsi səbəbindən bir müddətlik bağlanacaq.

Bu barədə “Qafqazinfo”ya məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov paytaxtın Sabunçu, Zabrat, Maştağa, Pirşağa  kimi tanınan ərazilərindən şəhərin mərkəzinə doğru Bakı Olimpiya Stadionunun yanı ilə hərəkət edən sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb:

“Sürücülər üçün alternativ yol kimi şəhərin mərkəzinə doğru düzünə, həmin körpü ilə Bakıxanov qəsdəbəsindən keçməklə, Nizami rayonu vasitəsilə istənilən istiqamətə nəzərdə tutulub. Və yaxud həmin yoldan gələnlər Sabunçu körpüsü ilə aeroport istiqamətində hərəkət edib Suraxanı, eləcə də hava limanının yanındakı körpüdən beton yola keçməklə Zığ və yaxud Xətai rayon istiqamətində hərəkət edə bilərlər”.

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …