Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Bakıda ən çox yoluxma bu rayonlardadır

Bakıda ən çox yoluxma bu rayonlardadır

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Azvision.az Koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür.

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,7 faizi Sabunçu, 7,9 faizi Nəsimi, 8,2 faizi Suraxanı, 8,2 faizi Nərimanov, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında aşkar edilib.

Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunur. Belə ki, ümumi yoluxma hallarının 52 faizi paytaxtda aşkarlanıb.

Həmçinin oxuyun

Təhsil kreditləri bu qaydada veriləcək

Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi …