Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Sosial / Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işə düşəcək? – Açıqlama

Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işə düşəcək? – Açıqlama

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulmasından sonra bərpa ediləcək.

Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, aparılan yenidənqurma işləri bu istiqamətdə sərnişin qatarlarının təhlükəsiz hərəkətinə imkan vermir, ona görə də sözügedən xətt üzrə sərnişin daşınmasının bərpası yalnız təmir işləri bitdikdən sonra mümkün olacaq.

Qeyd edək ki, Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü artıq istimara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir.

Həmçinin oxuyun

Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi …