Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Bakı və Sumqayıtda gizli fəaliyyət göstərən restoranlar aşkarlandı — VİDEO

Bakı və Sumqayıtda gizli fəaliyyət göstərən restoranlar aşkarlandı — VİDEO

Sumqayıtda restoranlardan biri karantin qaydalarını pozaraq fəaliyyət göstərib.


Gecə saat 9 radələrində restoranda müştərilər olub. Onlar kameranı görən kimi avtomobillərə oturub uzaqlaşıblar.


Söhbət Sumqayıtda, Nəsimi adına mədəniyyət və istirahət parkı ərazisində fəaliyyət göstərən restoranlardan birindən gedir.


Restoran sahibi qanunlara məhəl qoymayaraq saat 18-dən sonra da işini davam etdirib. Gələn müştərilərə qapımız açıqdır deyərək ürəkləri istədikləri yerdə əyləşdirirlər.


Çəkiliş apararkən bəzi müştərilər öz şəxsi avtomobillərinə əyləşərək tez bir vaxtda restoran ərazisini tərk ediblər. Özünü təqdim etmək istəməyən restoran sahibi isə əməlinə haqq qazandırmağa çalışıb.


Qeyd edək ki, Bakıda da karantin qaydalarını pozan restoran aşkar edilib. Binəqədi rayon Polis İdarəsinə Biləcəri qəsəbəsində “Bulaq” restoranının sanitar-karantin qaydalarına zidd olaraq saat 18-dən sonra yerində müştəri qəbul etməsinə dair məlumat daxil olub. Əməliyyat tədbiri zamanı obyekti işlədən paytaxt sakini Akif Seyidəmirov və onun müştəriləri də daxil olmaqla, 8 nəfər saxlanılıb.


Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar olunub. Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar müvafiq qaydada cərimələniblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

“Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur” – Hande Harmancı

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu …