Cümə , İyun 21 2019
Ana səhifə / Sosial / Bakı və Abşeronda tozun miqdarı yenə artdı – Normadan 3.6 dəfə

Bakı və Abşeronda tozun miqdarı yenə artdı – Normadan 3.6 dəfə

Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Pensiyalar yenə artacaq – Tarix açıqlandı

“Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i …