Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Bakı-Sumqayıt yolundakı təmir dayandırıla bilər

Bakı-Sumqayıt yolundakı təmir dayandırıla bilər

Havanın temperaturu 42 dərəcəni keçəcəyi halda Bakı-Sumqayıt yolunda aparılan təmir işləri dayandırılacaq.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli 26 iyundan start verilən və dayanmadan davam etdirilən Bakı-Sumqayıt yolunun təmir işləri ilə əlaqədar danışarkən deyib.

A.Nəcəfli bildirib ki, işlər açıq havada aparıldığı üçün temperatur nəzərə alınır və buna əsasən iş aparılır:

“Bakıda temperaturun 38-39 dərəcə olduğu bildirilib. 41-42 dərəcəni keçəcəyi təqdirdə işlər dayandırılacaq”.

Qeyd edək ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …