Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Bakı-Sumqayıt yolunda xoşagəlməz mənzərə – VİDEO

Bakı-Sumqayıt yolunda xoşagəlməz mənzərə – VİDEO

Bakı-Sumqayıt yolunda hərəkət edən yük avtomobilindən asılan qoyunların ölü və ya diri olduğu bilinməsə də, heyvanların bu şəkildə daşınması qanun pozuntusudur. 

Kadrlardan görünür ki, 41 BC 341 dövlət qeydiyyat nişanlı yük avtomobilindən üç qoyun asılaraq aparılır.

Baş Dövlət Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, bu görüntülərdə birmənalı olaraq yükdaşıma qaydaları pozulub. İnzibati Xətalar Məcəlləsinə görə, həmin sürücü 40 manat məbləğində cərimə edilməlidir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanov deyir ki, burada həmçinin heyvanların mühafizəsi haqqında qanunun tələbləri də pozulub.

Qeyd edək ki, baytarlıq haqqında qanunun tələblərini pozan şəxslər 100-200 manat məbləğində cərimə olunur.

Həmçinin oxuyun

Azərbaycanda daha 4 267 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq …