Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakı-Sumqayıt marşrutu üzrə işləyən mikroavtobusun sürücüsü qaydaları pozur – VİDEO

Bakı-Sumqayıt marşrutu üzrə işləyən mikroavtobusun sürücüsü qaydaları pozur – VİDEO

Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücü yolda sürət həddini aşıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba magistralında qeydə alınıb.

Belə ki, 50 CH 116 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü qanunun tələblərini kobud şəkildə pozub. Yolda sürət həddi 110 km\saat müəyyən edildiyi halda, sürücü sərnişinlə dolu mikroavtobusu 130-140 km/saat sürətlə idarə edir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov “Report”un yerli bürosuna bildirib ki, həmin sürücü qanunsuz olaraq fəaliyyət göstərir və onun barəsində ciddi tədbirlər görüləcək: “Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobuslara qarşı mütəmadi olaraq reyd keçirilir. Lakin qanunsuz olaraq sərnişin daşıyan sürücülərə yenə də rast gəlirik. Əgər Bakı Nəqliyyat Agentliyi həmin sürücüləri 20 Yanvar dairəsinə buraxmasa, onlar fəaliyyət göstərə bilməz, ölüm və xəsarətlə nəticələnən yol qəzaları da baş verməz”.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …