Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Sosial / Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək

Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar ikigünlük ləğv ediləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

Həmçinin oxuyun

Vətəndaşın təhlükəyə atılaraq yanğını söndürməsi yolverilməzdir – VİDEO

Bu gün Bakıdakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı yayılan videolardan biri ciddi müzakirə …