Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / Bakı-Şamaxı-Yevlax-Xocəsən yolunun tikintisinə 2,8 milyon manat ayrıldı

Bakı-Şamaxı-Yevlax-Xocəsən yolunun tikintisinə 2,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Virtualaz.org bildirir ki, sərəncama əsasən, Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin oxuyun

Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) 3 tələbəsi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə ATU-nun mətbuat katibi …