Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Sosial / Bakı sakini yeni kombi düzəldib – Evi sutka ərzində 70 qəpiyə qızdırır – VİDEO

Bakı sakini yeni kombi düzəldib – Evi sutka ərzində 70 qəpiyə qızdırır – VİDEO

Bakı sakini Həmid Abdullayev suqızdırıcı sobadan kombi kimi istifadə edir. O, bütün evin qızdırılmasında kombidən yox, sadəcə suqızdırıcı sobadan istifadə edir. Nəticədə də həm quraşdırlması ucuz olur, həm də istifadə olunan qaz sərfiyyatı sutkalıq 70 qəpiyə başa gəlir.

Həmid Abdullayev deyir ki, bu avadanlığın quraşdırlması kombidən daha ucuz başa gəlir. Hazırda mövsümlə əlaqədar bazarda kombinin qiyməti 800-1200 manat arasında olduğu halda, bu avadanlığın hazırlanmasına yalnız 350-400 manat xərc çəkilir. Bununla yanaşı, evin bütün otaqlarını qızdıran bu avadanlığın kombiyə nisbətən qaz və elektrik sərfiyyatı da az olur.

Suqızdırıcı soba tez-tez işlədiyindən sıradan çıxmaması üçün ona pult da quraşdırıb. Pult suyun lazımi temperaturda qızdırılmasını tənzimləyir.(XəzərTv)

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda nikaha girən və boşananların sayı açıqlanıb

2018-ci ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 56 min 888 nikah və 13 min 655 …