Bazar ertəsi , May 10 2021
Ana səhifə / Sosial / Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 13 milyon manata yaxınlaşdı

Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 13 milyon manata yaxınlaşdı

Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2020-ci ili 6,724 milyon manat zərərlə başa vurub.

Bu, 2019-ci illə müqayisədə 4,7% çoxdur.

Son nəticədə BSM-nin yığılmış zərəri 97% artaraq 12,959 milyon manata çatıb.

Ötən il BSM əvvəlki illə müqayisədə 58,2% çox – 15,495 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 36,2% çox– 22,219 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BSM-in aktivləri 56,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,5% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 70,9% artaraq 299 min manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 56.03 milyon manata düşüb. Report

Həmçinin oxuyun

İşçilərə ödənilməyən 50 min manatdan çox əməkhaqqının ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı …