Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakı Putinin zəngi barədə açıqlama yaydı – RƏSMİ

Bakı Putinin zəngi barədə açıqlama yaydı – RƏSMİ

Rusiya Federasiyasının prezidenti Vladimir Putin aprelin 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.

Virtualaz.org bildirir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Rusiya Federasiyasının prezidenti cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. Prezident Vladimir Putin atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün günorta saatlarından başlayaraq atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.

Söhbət zamanı dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın