Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Bakı Nəqliyyat Agentliyi nə iş görür? – GİLEY

Bakı Nəqliyyat Agentliyi nə iş görür? – GİLEY

Yasamal rayonu Şərifzadə küçəsi, Azad Azərbaycan Televiziyasının (ATV) yanından İnşaatçılar metrosuna qədər yolda avtobus kartlarının yüklənməsi üçün aparat yoxdur.

Cebhe.info xəbər verir ki, bu barədə şikayət Sfera.az sayıtında yer alıb.

Sayt qeyd edir ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemin həlli əvəzinə maraqlı təklif verib: “Hər gün metro və avtobusdan istifadə edən vətəndaş birdəfəyə 20-25 manat balans vursa, bir ay ərzində kartı doldurmaq üçün daha başqa yerlərdə terminal axtarmaq məcburiyyətində qalmayacaq”.

“Görünür, dövlətin onu təmin etdiyi maşında rahat şəkildə işə gedən xidmət rəhbəri unudur ki, elə sərnişinlər var ki, onlar yalnız karta gündəlik gediş balansı vururlar. Bu insanlar ölkənin aztəminatlı vətəndaşlarıdır. 5 nəfərlik bir ailənin ay ərzində birdəfəlik 100-120 manat karta balans vurması isə mümkünsüzdür. Görünən isə odur ki, nə həmkarımız Mais Ağayev, nə də bu qurumun rəhbərliyi öz işinin öhdəsindən gələ bilir. Parlament prospekti, Şəhidlər Xiyabanının qarşısından metronun Elmlər Akademiyasına qədər yolda heç bir terminal işləmir. İşə tələsən sərnişin terminal tapmaq üçün gün ərzində 2-3 kilometr yol qət etməlidir”,- deyə sayt yazıb.

Mais Ağayev açıqlamasında avtobus dayanacaqlarında BakıKarta məxsus 51 ədəd, 188 ədəd isə “Milliön”ə aid ödəmə terminallarını olduğunu deyib. Amma BNA rəsmisi bunların necə faizinin işlək olmasını deməyib. Saytın araşdırması göstərib ki, avtobus dayanacaqlarında olan, amma işləməyən 71 ədəd “Milliön”ə aid ödəmə terminalı var. BakıKarta məxsus ödəmə terminallarından da böyük hissəsi işləmir: “Görünür, Mais Ağayev bu açıqlamanı verərkən yalnız qarşısındakı statistikanı nəzərdən keçirib. Bütün problemlər onu deməyə əsas verir ki, Bakı Nəqliyyat Agentliyi öz işinin öhdəsindən gələ bilmir”.

Sayta açıqlamasında iqtisadçı-ekspert Samir İsmayıl bildirib ki, BNA-nın fəaliyyətinə, ümumiyyətlə, ehtiyac yoxdur: “Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olduğu halda, Nazirlər Kabinetinin yanında əlavə bir qrumun saxlanılması beşinci təkəri xatırladır”. 

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …