Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Bakı metrosunda sıxlığın səbəbi bilindi – Açıqlama

Bakı metrosunda sıxlığın səbəbi bilindi – Açıqlama

Bu gün səhər saat 07:00 radələrində Bakı metrosunun İçərişəhər istiqamətində hərəkət edən iki qatar arasında intervalın 8 dəqiqəyə çatması nəticəsində sıxlıq yaranıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bunun səbəbini metronun İçərişəhər stansiyasında qatarların birində yaranan nasazlıqla əlaqələndirib. Bu səbəbdən həmin qatar sərnişinsiz depoya göndərilib və yenisi ilə əvəzlənib.  

Nəticədə həmin istiqamət üzrə hərəkət edən qatarlar arasında interval 8 dəqiqəyə çatıb. Bu isə metroda sıxlığa gətirib çıxarıb.

Məmmədovun sözlərinə görə, hazırda dispetçerlər iki qatar arasında intervalın əvvəlki vəziyyətə gətirilməsi və ümumi qrafikin normaya salınması işləri ilə məşğuldurlar. Məsələ qısa zaman ərzində həllini tapacaq.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …