Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakı metrosunda qatarların hərəkətində problem yaranıb – FOTO

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb – FOTO

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

“Report”un xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, “Nəriman Nərimanov” metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir: “Nasazlığı aradan qaldırmağa çalışırıq”.

Əlavə olaraq musavat.com-un əldə etdiyi məlumata görə də, qatarın intervalında təxmini olaraq 20-25 dəqiqə gecikmə olub. Qatarların hərəkətində problem yaranmasına görə sıxlıq yaranıb. Yaranan sıxlığa görə halı pisləşənlərin də olduğu bildirilir.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …