Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Bakı metrosunda gediş haqqı ilə bağlı VACİB XƏBƏR!

Bakı metrosunda gediş haqqı ilə bağlı VACİB XƏBƏR!

“Bakı Metropoliten” QSC-də mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənilməsi istiqamətində işlər aparılır.

Bu barədə “Report”a qurumdan bildirilib. “Bununla belı, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hər hansısa əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq”, – deyə səhmdar cəmiyyətindən qeyd olunub.Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir.

Həmçinin oxuyun

Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir – FOTO

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri …