Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakı metrosunda gediş haqqı artırılır? – AÇIQLAMA

Bakı metrosunda gediş haqqı artırılır? – AÇIQLAMA

“”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişindaşıma tarifinin artırılması və ümumiyyətlə, qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ünvanlamayıb”.

Bunu Pravda.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, son dövrlər, xüsusilə də son 2 ildə digər sahələrdə müəyyən qiymət artımı baş verdikdə, nədənsə “Bakı Metropoliteni”nin gediş haqqı məsələsi də gündəmə çıxarılır: “”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı qiymətlərinin tənzimlənməsi məsələlərinə yalnız Tarif Şurası baxır, qiymətlərin tənzimlənməsi qurumun səlahiyyətləri çərçivəsindədir”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …