Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Sosial / Bakı Metropolitenində yenilik -Məhdudiyyət aradan qaldırılır

Bakı Metropolitenində yenilik -Məhdudiyyət aradan qaldırılır

Bakı Metropolitenində vətəndaşların qəbul vaxtları ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq.

Bu haqda “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata bildirilib.

2018-ci il ərzində QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib. Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır, yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Qeyd edilib ki, vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar var.

Bu səbəbdən işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaşların qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb.

Həmçinin oxuyun

10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından …