Şənbə , Yanvar 29 2022
Ana səhifə / Sosial / Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb

Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb

Bakı metropoliteninin “Bənövşəyi” xəttini alternativ enerji ilə təmin edən dizel stansiyası istifadəyə tam hazırdır.

Bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Metronun “8 Noyabr” stansiyasının yaxınlığındakı unikal elektrik yarımstansiyasının tərkibində “Bənövşəyi” xətti idarə edəcək alternativ enerji stansiyası yaradılıb. Stansiyada quraşdırılan dizel generatorları “Bənövşəyi” xətt üzrə elektrik enerjisi kəsilərkən avtomatik işə düşür və qatarların tuneldən platformalara, daha sonra isə stansiyalardan çıxarılmasına şərait yaradacaq”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.

Qurum rəsmisi bildirib ki, dizel stansiyası artıq tam gücü ilə fəaliyyətdədir. Dizel generatorları həmçinin “Bənövşəyi” xətt üzrə platformaların işıqlandırılması, ventilyatorların işə salınması, qurunt sularının idarə olunması və digər sistemlərin fəaliyyətinə şərait yaradacaq. Ümumilikdə “Bənövşəyi” xətt üzrə 13 stansiyanı alternativ enerji ilə qidalandıracaq 2 dizel stansiyası olacaq.

Həmçinin oxuyun

Şagird özbaşınalığı baş vermiş məktəbdən AÇIQLAMA

Bir müddətdir sosial mediada məktəb şagirdlərinin foyedə qeyri-etik davranışını sərgiləyən video yayılıb.  Abşeron rayon təhsil …