Ana səhifə / Sosial / “Bakı Metropoliteni”: “Yolun çökməsi metro tikintisi ilə bağlı deyil”

“Bakı Metropoliteni”: “Yolun çökməsi metro tikintisi ilə bağlı deyil”

“Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil”. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov deyib ki, hadisə ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər: “Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meydançasına və tunellərə təkrar baxış keçiriblər. Məlumat üçün bildirək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı “B-04” olan metro stansiyasını “B-03” stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan “B-04” stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütün bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz. Bir daha qeyd edək ki, çökmə yerində müvafiq səlahiyyətli strukturlar araşdırma aparır və “Bakı Metropoliteni” QSC-nin nümayəndələri bu prosesdə iştirak edirlər”.

*   *   *11:14

Paytaxtın Nəsimi rayonu ərzisində avtomobil yolu çöküb.

Hadisə gecə saatlarında C.Məmmədquluzadə küçəsinin Bakı metropoliteninin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.

“Report” yazır ki, hadisədən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi ziyan dəyib.

Ərazidə olan sakinlər əlavə hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışını qadağan edən yol nişanları düzüblər. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, aidiyyəti qurumların nümayəndələri qəza yerinə cəlb olunub.

Məlum olub ki, çöküntünün dərinliyi təxminən 8 metrdir.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Ötən gün günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir: “Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək”.

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …