Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Sosial / Bakı metropoliteni fəaliyyətini bərpa etməyə hazırdır

Bakı metropoliteni fəaliyyətini bərpa etməyə hazırdır

Bakı metropoliteni sərnişin qəbulunu dayandırmasına baxmayaraq, fəaliyyətini bərpa etməyə hazırdır.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sərnişindaşımadan asılı olmayaraq, metroda bütün infrastruktur işlək və saz vəziyyətdə qorunub saxlanılır: “Bakı metropoliteninin pandemiya dövründə sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi birbaşa olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Buna baxmayaraq, metronun infrastrukturu sərnişindaşıma fəaliyyətindən asılı olmayaraq texnoloji proseslərə söykənən amildir.

Bu müvafiq normativ sənədlərə, o cümlədən texniki istismar qaydalarına uyğun həyata keçirilir. Pandemiya dövrünün şərtlərindən asılı olmayaraq, metropoliten fəaliyyətə başladığı müddətdən bu günə qədər bu proseslər normativ sənədlərə uyğun tənzimlənir. Hazırda da bu proses davam etdirilir”.

B.Məmmədov deyib ki, metronun sərnişin qəbuluna icazə veriləcəyi təqdirdə bütün stansiyalar fəaliyyətə başlamağa hazır vəziyyətdədir.

Həmçinin oxuyun

Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol – VİDEO

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. amma sürücü saatda 86 km sürət həddi ilə radara …