Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakı məktəbində şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır – BŞTİ

Bakı məktəbində şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır – BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 112 nömrəli məktəbdə baş verən insidentlə bağlı açıqlama verib.

Qurumdan AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …