Bazar ertəsi , May 27 2019
Ana səhifə / Sosial / Bakı küçələrindəki müşahidə kameraları adi istifadəçilər üçün niyə əlçatmazdır?

Bakı küçələrindəki müşahidə kameraları adi istifadəçilər üçün niyə əlçatmazdır?

Dünyanın əksər şəhərlərində küçələrdə veb-kameralar quraşdırılıb və onlara qoşularaq bütün şəhəri izləmək mümkündür. İstənilən şəxs istədiyi vaxt internet vasitəsilə kameralara canlı qoşula, küçələrdəki vəziyyət, tıxacların olub-olmaması, ümumiyyətlə şəhərlə tanış ola bilər.
Məsələn, bu linkə daxil olmaqla Nyu-Yorkun məşhur “Times Square” ərazisini canlı görmək mümkündür.
Bu isə Londonun Kamden və Vestminister hissələrində yerləşən gur küçələrdən biri – Abbey Roaddır. Piyada zolağında sürücülər yolu keçmək istəyən piyadalara yol verirlər.
24 saat canlı yayımda Kanadanın Toronto şəhərinin küçələrini isə bu linkdən görmək olar.
Bu link vasitəsiləsə Amsterdam şəhərini izləmək mümkündür.
Qonşu Rusiyanın demək olar ki, bütün şəhərlərində həmin sistem internet vasitəsilə hər kəsə açıqdır.
Azərbaycanın yollarına nəzarət edən kifayət qədər kamera quraşdırılsa da, bunlara giriş yalnız nəzarətçi orqanın səlahiyyətindədir. Əslində isə bu kameraların açıq olması nəinki yerli sakinlər, həmçinin Azərbaycana ilk dəfə səfər etmək istəyən turistlər üçün də maraqlı ola bilərdi. Amma nədənsə, bizdə bu kameralardakı görüntüləri internet üzərindən izləmək mümkün olmur.
Bakı yollarında kameraların bir hissəsinə Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəzarət edir. Mərkəz kameralar vasitəsilə yollarda vəziyyət, tıxaclar haqqında məlumat əldə edir. Agentlikdən virtualaz.org-a bildirdilər ki, onlara aid kameralardakı görüntüləri internet vasitəsilə izləmək mümkün olmasa da, yollardakı vəziyyət, tıxaclar, nəqliyyatın hərəkəti, marşrutlar və digər məlumatları alo141.az saytından əldə etmək olar.
Bakı küçələrindəki kameraların əsas hissəsi isə Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinə aiddir. Burada olan 10 minlərlə kamera vasitəsilə şəhərin elektron xəritəsini nəzarətdə saxlamaq mümkündür. Lakin bu kameraların niyə ictimaiyyətə açıq olmamasını öyrənmək istəsək də, nazirlikdən gün ərzində zənglərimizə cavab verən olmadı.

Həmçinin oxuyun

Bakıda tıxacda qalan taksi sürücüsü qaydaları belə pozdu (VİDEO)

Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.Yolun …