Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakı İrəvanın arzusunu gözündə qoydu –Düşmənin “İsgəndər” fiaskosu

Bakı İrəvanın arzusunu gözündə qoydu –Düşmənin “İsgəndər” fiaskosu

Bu günlər Rusiya-Azərbaycan münasibətlərində mühüm hadisə – hökumətlərarası forumun Bakı iclası ilə yadda qaldı. Gələn ayın əvvəlində isə Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini kurasiya edən, prezident Putinin yaxın adamlarından sayılan Dmitri Roqozin Bakıya gələcək. Rusiyanın Minsk Qrupunun üç həmsədrindən biri və işğalçı Ermənistanın əsas müttəfiqi olduğu nəzərə alınarsa, hər iki hadisənin qarşılıqlı münasibətlərdə məxsusi iz buraxacağını söyləmək mümkündür.
“Rusiya Azərbaycana ən müasir silahlar və ticarət əlaqələrində bir sıra üstün imtiyazlar tövsiyə edəcək”. Bunu axar.az-a  Roqozinin qarşıdakı Bakı səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, Azərbaycanın hökumətlərarası komissiyanın iclasından çox şey gözlədiyini vurğulayıb: “Bugünlərdə Azərbaycan-Rusiya münasibətlərinə dair forum keçirildi. Bu forum iki ölkə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmaq məqsədi daşıyırdı. Hətta tərəflər öz hökumətlərinə müəyyən tövsiyələr hazırlayıb təqdim etmək niyyətindədirlər. Bunun ardınca hökumətlərarası komissiyanın iclası olacaq. Roqozinin Bakıya səfəri isə indiki ərəfədə əlamətdar sayıla bilər. İclas konstruktiv bir məcrada keçəcək. Yəni Rusiya Azərbaycana ən müasir silahlar və ticarət əlaqələrində bir sıra üstün imtiyazlar tövsiyə edəcək”, – politoloq deyib.
Rəsmi Bakının sözügedən iclasa çox ciddi surətdə hazırlaşdığını deyən politoloq yaxın zamanlarda Rusiya ilə birgə hərbi istehsalın təşkili istiqamətində perspektivlərin mümkünlüyünü də istisna etməyib: “Hazırda qarşıda duran əsas məsələ Ermənistana verilən ”İsgəndər-M” raketlərini neytrallaşdıran cavab tədbirləri görməkdir. İsrailin baş nazirinin ölkəmizə səfərinə böyük ümidlər gözlənilir, ancaq Moskva ilə münasibətlər də önəmlidir. Güman edirəm ki, Roqozinin səfəri Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi istiqamətində yeni yollar açacaq. Azərbaycan çalışır ki, özünün müstəqil hərbi sənaye kompleksini formalaşdırsın. Ordunun müasir silahlarla silahlandırılması sahəsində, hələ ki bəzi dövlətlərdən asılılığımız qalır. Xüsusən Rusiya ilə silah alverində müəyyən imkanlar yaradılır və Azərbaycan da bu imkanlardan öz mənafeyi naminə istifadə edəcək. Hesab edirəm ki, Azərbaycan hərbi üstünlüyünü təmin etmək üçün lazım olan addımları atacaq və çox güman ki, Rusiya da buna müsbət cavab verəcək”.
***
Image result for Roqozin
D. Roqozinin Bakı səfərinədək, yəni noyabrın sonunda isə Azərbaycanın hərbi sənaye naziri Yavər Camalovun Pakistana səfəri nəzərdə tutulur. Bu haqda “İnterfax-Azərbaycan” agentliyinə diplomatik qaynaqlardan bəlli olub. Nazirin Karaçidə keçiriləcək müdafiə sənayesi sərgisində iştirak edəcəyi bildirilir.
Image result for Yavər Camalov
Daha önəmlisi, əlbəttə ki, səfərin iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi fonunda baş tutmasıdır. Belə ki, Azərbaycanın yeganə nüvə müttəfiqi, qardaş Türkiyə qədər bizə yaxın olan dost Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin ötən ay Bakıya etdiyi səfərdən sonra hərbi sahədə ilişkilər yeni mərhələyə qədəm qoyub.
Bu səfərin məntiqi nəticəsi kimi dünən məlum olub ki, İslamabad Azərbaycana 500 milyon dollar dəyərində müdafiə məhsullarının tədarükünü sürətləndirməklə bağlı hərəkət planını təsdiqləyib. Məlumatı Pakistanın rəsmi radiosu yayıb. Qərar İslamabadda idarələrarası İşçi Qrupunun iclasında qəbul edilib. İşçi qrup bununla bağlı 5 illik plan da təsdiqləyib. Sözsüz ki, Y.Camalovun Pakistan səfirinin gündəliyində bu mövzu öndə olacaq.
***
Image result for İlham Əliyev Bakıda Nəvaz Şəriflə
Yada salaq ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda Nəvaz Şəriflə görüşü zamanı Azərbaycanın Pakistandan yeni nəsil, müasir hərbi texnologiyalara və avadanlıqlar almaqda, eyni zamanda ortaq istehsalın təşkilində  maraqlı olduğunu bildirmişdi.
Pakistanın bizim əsas silah tədarükçülərindən biri olduğu məlumdur. Hərbi analitiklərə görə, Bakı bu ölkədən daha müasir müdafiə və hücum sistemləri almaqla, onların ortaq yerli istehsalına nail olmaqla işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyünü saxlaya bilər.
Təbii ki, İsraillə də uğurla inkişaf etdirilən hərbi-texniki əlaqələrin əhəmiyyəti böyükdür.
Image result for Ermənistan İsgəndər M
Bu xüsusda politoloq Qabil Hüseynlinin də vurğuladığı kimi, İsrail baş naziri Benyamin Netanyahunun Bakıya gözlənilən səfəri düşmənin yuxusunu qaçıran növbəti hadisə ola bilər. O mənada ki, həmin səfər işğalçı tərəfin “İsgəndər M”lər və digər bəzi rus silahları vasitəsilə Azərbaycanla hərbi paritet yaratmaq istəyinin üstündən xətt çəkilməsini sürətləndirəcək.
Söhbət bu kimi raket komplekslərinə qarşı İsrailin “Dəmir günbəz” və “Sehirli çubuq” adlanan qalxan sistemlərinin alınmasından gedir. Bəzi məlumatlara görə, “Dəmir günbəz” Azərbaycanda əslində var, sadəcə, onun daha da modernləşdirilməsi gündəmdədir. Burdaca xatırladaq ki, hazırda İsrailin müdafiə naziri Azərbaycanın yaxın dostu Aviqdor Libermandır.
***
İstənilən halda, təqdiredicidir ki, Azərbaycan Rusiya ilə silah ticarətinin minimum səviyyədə saxlamaqla, bizə qat-qat yaxın olan müttəfiq, tərəfdaş və hərbi sənayesi inkişaf etmiş dövlətlərlə (Pakistan, Türkiyə, İsrail, Ukrayna) hərbi-texniki əməkdaşlığın həcmini artırmağa başlayıb.
Hər necə olmasa, Rusiya Ermənistanın əsas hərbi-siyasi müttəfiqidir. Ancaq Bakının silahlanma məsələsində geniş manevr imkanları və üstün iqtisadi potensialı var. Bu da o deməkdir ki, təcavüzkar ölkə hətta Rusiya hesabına da Azərbaycanla hərbi paritet yarada, silahlanma yarışına girə bilməyəcək. (musavat.com)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın