Bakı İqtisadiyyat və Humanitar Kolleci rüşvət yuvasına çevrilməkdə
ittiham edilir. Kollecin direktoru Rüxsarə Əliyeva bu təhsil ocağını
market kimi idarə edir. Kollecdə hər şey direktorun “qiymət tas”ından
asılıdır. Yəni, tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri
ilə tənzimlənir.
R.Əliyevanın tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal alıb. Dərsə gəlməyin və gəlməməyin öz qiymətləri var.
İmtahanlar
zamanı əlin cibində olmasa növbəti kursa keçmək üçün heç bir şansın
yoxdur. Bundan əlavə, kollecdə “ölü ştatlar” var. R.Əliyevanın
qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedir.
Hər
ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri
tanımırlar. Nəticədə büdcə vəsaitləri talanır, müxtəlif adlar altında
mənimsənilir.
Mediada
yayılan xəbərlərdə bildirilir ki, kollec direktoru tələbələrdən alınan
pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin kordiorunda
gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır.
Səhərdən
axşama qədər əlində çanta ilə koridorda dolaşan sözügedən şəxsin Bakı
İqtisadiyyat və Humanitar Kollecində işləməməsi isə bir ayrı mətləbdir.
Kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib.
Məlumatda
deyilir ki, xanım Əliyeva təhsil naziri ilə yola getməsə də, hansısa
sirrli əllər onu direktor postunda saxlayır. Həmin «sehirli əl» isə
nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını
sığortalamaqla da məşğul olur.
O
da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən
aylıq almasıdır. Onlar hər ay Rüxsarə Əliyevanı «görmək»lə işlərinə
davam edir və kimsəni saya salmırlar.
Amma
xanım Əliyevanın bir başqa gəlir yeri də var. İddia olunur ki,
direktorun şəxsi maraqları təmin olunduğundan kollecdə adı gedən, lakin
özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur.
Əslində,
nazir Rüxsarə Əliyevanı bu yerə sürgün edib. Onun bir səhvini taparaq,
işdən çıxarmaq üçün də marıqda dayanıb. Və bunun gec-tez baş verəcəyi
isə istisna deyil».
Bakı İqtisadiyyat və Humanitar Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına qədər hər şey pulladır.
Təsəvvür
edin ki, bir vaxtlar direktor süpürgəçi Fazilə xanımın maaşını
mənimsəyib. Rüxsarə Əliyevanın belə işləri çoxdur. Lakin ona qarşı hər
hansı bir tədbir görülmür.
Təhsil
Nazirliyinin baş verənlərə loyal münasibəti bir çox hallarda isə,
susqunluğu müəllim adına xələl gətirən ünsirlərin əl-qol açmasına münbit
şərait yaradır.
Xırdalan
şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş
verənlərlə bağlı daxil olan məlumatlara diqqət yetirərkən bir çox
xoşagəlməz halların bu tədris-təhsil müəssisəsində də cərəyan etdiyinin
şahidi olursan.
Media
yazır ki, pu proseslərdə iqtisadiyyat və humanitar şöbələrinin
müdirləri xüsusilə seçilir. Semest və dövlət imtahanlarının müxtəlif
məbləğlərdə pulların tələb olunması kollecdə adi hala çevrilib.
Pul
yığımı kompaniyası o qədər geniş vüsət alıb ki, bu proseslərə tədris
hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının
sədri Tamara Rüstəmova da cəlb olunublar.
Kollecdə
baş verənləri tam nəzarətdə saxlamaq üçün Rüxsarə Əliyeva daha da irəli
gedəcək bacısı Sədaqət xanımı və qardaşı Elxanı ümumi nəzarət üçün
yanına gətirib.
Direktorun
qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam
əlinə götürüb. Sədaqət xanım isə pul yığımı kompaniyasında həm iştirak
edir, həm də ümumi prosseslərə nəzarət edir.
Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən pul toplamasıdır.
Kollec direktoru isə ittihamları rədd edir və razılaşmır, hər şeyin qaydasında olduğunu bildirir.
Qarşı tərəf kimi məqalədə adıçəkilən hər bir kəsin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. //7news.az//
Həmçinin oxuyun
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI
Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …