Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Bakı-Gəncə qatarında vay-fay olacaq”

“Bakı-Gəncə qatarında vay-fay olacaq”

“Bakıdan Gəncəyə qədər ilin sonuna kimi sürətli qatarın açılışını təmin etmək üçün çalışacağıq”. “Qafqazinfo”xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC – nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, artıq qatarlar Bakıdadır: “Qatarlar ikimərtəbəlidir. Həmin qatarlarda xüsusi vip və biznes klass otaqlar var. Sərnişinlərə xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Eyni zamanda, aşağı səviyyəli klass olan vaqonlar da mövcuddur. Hər vaqonun özünün ayrı sanuzelləri var. Həmçinin, hər bir vaqonda xüsusi soyuducular quraşdırılıb. İçindəki su sərnişinlər üçündür. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda vay-fay quraşdırılacaq. Biz saatda 159 km saat məsələsini sınaqdan keçirmişik.

Qatarların sürət yığma qabiliyyəti 300 km saata qədərdir. Ancaq Azərbaycan Dəmiryollarının bugünkü imkanı 150 km saata qədərdir. Biz maksimum 160 km -ya qədər sınağını həyata keçirə bilərik. Hələlik yollarımızın kənarı tam bağlanmayıb. Ölkənin hər yerində təhlükəsiz keçidlər təmin edilməyib. Sözügedən problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …