Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakı Bulvarında biabırçılıq: Sürü ilə sahibsiz itlər dolaşır – VİDEO

Bakı Bulvarında biabırçılıq: Sürü ilə sahibsiz itlər dolaşır – VİDEO

İnsanların istirahət üçün gəzməyə gəldikləri Bakı Bulvarında sürü ilə sahibsiz itlər dolaşır.Bu durum vətəndaşları da narahat edir. Çünki onlar burda gəzən itlərin təhlükəsindən sığortalanmayıblar.

Düz şəhərin mərkəzində, insanların istirahət üçün üz tutduğu Dəniz Kənarı Milli Parkda itlər əsl təhlükə mənbəyinə çevrilib.

Bu görüntüləri bulvarda gəzən bir vətəndaş çəkərək “Xəzər Xəbər”-in votsapp nömrəsinə göndərib. Kadrlardan da məlum olur ki, burada itlər sürü ilə gəzir və hər an vətəndaşlara hücum edə bilərlər.

Dəniz Kənarı Bulvar idarəsindən məsələ ilə bağlı bildirdilər ki, mövcud durumdan xəbərdardırlar. Ancaq qurumun sahibsiz itlərlə mübarizə aparmaq səlahiyyəti yoxdur. Bakı şəhər icra hakimiyyətindən isə bildirildi ki, Bulvar İdarəsi məsələylə bağlı yeni yaradılan Toplan sahibsiz itlərə qayğı mərkəzinə müraciət etsə, problem həllini tapar.


Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …