Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb – FOTOLAR

Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb – FOTOLAR

Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb.

Bu barədə sərnişinlər sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, bir neçə saat ərzində avtovağzalda elektrik enerjisi kəsildiyi üçün biletlərin satışında problem yaşanıb, kassaların qarşısında növbə yaranıb.

BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova “Qafqazinfo”ya bildirib ki, elektrik enerjisinin verilməsində məhdudiyyət qısa vaxt çəkib:

“Deyildiyi kimi saatlar ərzində işıq sönməyib. Problem sadəcə 5-10 dəqiqə çəkib və həll olunub. Artıq kassalarda hər hansı problem yoxdur”.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, elektrik enerjisinin verilməsində yaşanmış problem Bakı-Sumqayıt yolunda aparılan təmirlə bağlı olub: “Yol buldozerlə qazılan zaman yeraltı xətlər zərər görüb. Problem aradan qaldırılıb”.

Avtovağzalda işıqlar niyə sönüb? - Fotolar
Avtovağzalda işıqlar niyə sönüb? - Fotolar

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …