Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakı-Ağstafa sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılır

Bakı-Ağstafa sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılır

ADY rəsmisi Elyar Muradov: “Bu, dəmir yollarının sabit cərəyan rejimindən dəyişən cərəyan rejiminə keçirilməsi ilə əlaqədardır”

İyulun 15-dən etibarən Bakı-Ağstafa-Bakı sərnişin qatarının hərəkəti dayandırılır. Bu barədə Müsavat.com-a verilən məlumatı Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşıma Departamentinin rəhbəri Elyar Muradov təsdiqləyib.

Departament rəisinin dediyinə görə, Bakı-Ağstafa-Bakı sərnişin qatarının hərəkəti Azərbaycan dəmir yollarının sabit cərəyan rejimindən dəyişən cərəyan rejiminə keçirilməsi prosesi ilə əlaqədar dayandırılır: “Qatarın hərəkətinin dayandırılması yollarda qatarların hərəkətinin optimallaşdırılması məqsədi daşıyır. Dəyişən cərəyan rejiminə keçid mərhələ-mərhələ həyata keçiriləcək. İlkin mərhələdə Böyük Kəsik-Gəncə, daha sonra Gəncə-Ucar hissəsi və sair. Bakıya qədər bütün yol dəyişən cərəyan rejiminə keçiriləcək. Bu müddətdə elektrik enerjisinə qoşulmaqla daşınan qatarların hərəkəti dayandırılır. Bütün qatarlar teplovozlarla daşınacaq. Ağstafa qatarının hərəkətinin tam dayandırıldığını da söyləmək düzgün olmazdı, çünki onun vaqonları Tiflis-Bakı və Böyük Kəsik-Bakı qatarlarına birləşdiriləcək”.

ADY rəsmisi Elyar Muradov ile ilgili görsel sonucu

Elyar Muradov

E.Muradov onu da bildirdi ki, qərb istiqamətində yalnız sərnişin deyil, yük qatarlarının hərəkəti də optimallaşdırılır:“Bütün hərəkətdə olan qatarlar teplovozlarla daşınacaq. Yəqin ki, proses bir neçə ay davam edəcək. İşlər yekunlaşandan sonra Ağstafa qatarının hərəkəti bərpa olunacaq”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …