Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Bahalaşmanın növbəti dalğası gəlir: “Məhsulu Azərbaycanda satmaq sərf etmir”

Bahalaşmanın növbəti dalğası gəlir: “Məhsulu Azərbaycanda satmaq sərf etmir”

Azərbaycanda bahalaşmanın növbəti dalğası gözlənilir. Buna səbəb Rusiya-Ukrayna müharibəsi, qlobal istiləşmə, torpaqların şoranlaşması, məhsulların xaricdən idxaı olunmasına bağlılıq və bir sıra fəlakətlərdir.

Bəs bu bahalaşma və qida çatışmamazlığından minimum zərər ilə qurtulmağın bir yolu varmı?

Yensiabah.az-a açıqlamasında iqtisadçı Rəsul Atakişiyev Azərbaycana məhsulların xaricdən idxal olunmasının bir sıra səbəblərinin olduğunu deyib:

“Azərbaycana xaricdən məhsul idxal olunması həmin məhsulun ölkə ərazisində istehsal olunmaması, istehsal olunsa belə həcmin bəs etməməsi, ya da ki, ölkə ərazisində həmin məhsulun istehsalının baha başa gələ bilməsi ilə bağlıdır.

Azərbaycan artıq illərdir ki, azad bazar iqtisadiyyatına keçmiş bir ökədir. Azad bazar iqtisadiyyatı isə elə bir sistemdir ki, məhsul istehsal edən şəxs hansı qiymətə istərs,ə o qiymətə sata və yaxud hansı ölkədə satışa çıxarmaq istərsə, o ölkədə də məhsulu satışa çıxara bilər.

Bu gün istehsalçı məhsulunu aparıb Rusiyada satırsa demək ki, məhsulunu Azərbaycanda satmaq ona sərf etmir”.

İqtisadçı bildrib ki, Azərbaycanda satılan məhsulların qiymətini tənzimləmək üçün isə ən effektiv üsul istehsal sahələrini dövlətin subsidiyalaşdırmasıdır:

“Subsidiyalaşdırma taxıl və digər bu tip məhsullarda ola bilər.

Ən çox diqqət yetirməli olduğumuz məsələ isə Azərbaycanda torpaqların suvarılmasıdır. Azərbaycanda əkinə yararlı torpaq azdır, şoranlaşmış torpaqlar üstünlük təşkil edir. Həmin torpaqların şoranlaşmadan təmizlənməsi çox böyük xərclər tələb edir. Üstəlik, su çatışmamazlığı var.

O, sovet vaxtı idi ki, dövlət istehsalçılardan istehsal etdiyi məhsulu sərf etdi – etmədi yalnız daxili bazara çıxarmağı tələb edirdi”.

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …