Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Sosial / Bahalaşma iyunun sonunadək davam edəcək

Bahalaşma iyunun sonunadək davam edəcək

Dövlət Statistika Komitəsi Azərbaycanda qeydə aldığı qiymət dəyişmələrinə dair məlumatını açıqlayıb. Məlumatdan aydın olur ki, 2021-ci ilin yanvar-fevral aylarında ölkədə istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-fevral aylarına nisbətən 3,7 faiz artıb. Bu zaman cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,9 faiz, qeyri-ərzaq məhsulları 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.

Cari ilin fevral ayında isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 4,2 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 5,2 faiz yüksəlib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 3,7 faiz yüksək olub.

Statistika Komitəsinin hesablamalarından aydın olur ki, iki ayda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, 2021-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6,0 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,0 faiz artıb. İki ayda əhali ərzaq məhsullarına 2 824,1 manat xərc çəkib. Ötən ilin eyni dövründə bu, 2 643,8 manat olmuşdu.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Göründüyü kimi, ərzaq bazarındakı bahalaşma əhalinin ərzaq məhsullarına çəkdiyi xərclərin həcmində əksini tapır. Məlum məsələdir ki, bu xərclərin artması daha çox ərzağın istehlak olunmasından irəli gəlmir. Satış həcminin dəyər ifadəsində artımı bilavasitə məhsulların qiymətinin bahalaşması nəticəsində baş verib. Bunu ölkəyə idxal olunan ərzaq məhsullarının həcmindən də görmək mümkündür. Belə ki, əksər ərzaq məhsullarının idxalı çəki baxımından azalıb. Amma hesabladıqda aydın görünür ki, məhsulların idxalı dəyər baxımından artıb.

Azərbaycanın xarici ticarət dövriyyəsi yanvar-fevralda 13%-dək azalıb

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-fevralında idxalın həcmi 1 611 975.11 milyon dollar təşkil edib. Bunun 227 267 milyon dolları yeyinti məhsullarının payına düşüb.  2020-ci ilin eyni dövründə ümumi idxalın həcmi  1 787 082.23 milyon dollar,  yeyinti məhsullarının idxalı isə 216 594.38 min dollar təşkil edib.

Ayrı-ayrı əsas ərzaq məhsulları üzrə götürsək, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5 milyon 650.13 min dollar dəyərində 22 min 290.00 ton buğda idxal olunub. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində dörd dəfəyə yaxın (ötən ilin yanvar-fevralında 21 543.60 milyon dollar), çəki ifadəsində isə 4,4 dəfə (98 min 153.53 ton) azalma deməkdir.

2021-ci ilin iki ayında Azərbaycan xaricdən 10 milyon 191.98 min dollar dəyərində 6 044.71 ton ət idxal edib. Bu, ötən ilin eyni dövründən çəki ifadəsində 23,4 faiz (7 886.80 ton), dəyər ifadəsində isə 28 faiz azalma (14 milyon 147.11 dollar) deməkdir.

Cari ilin ilk iki ayında süd idxalımız 1 milyon 847.64 min dollar dəyərində 1 214.48 ton olmaqla əvvəlki ilin eyni dövrü ilə təxminən eyni həcmdə olub.

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı isə iki ayda 9 milyon 483.80 min dollar dəyərində 1 937.69 ton təşkil etməklə 2020-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 12,2 faiz (10 milyon 802.63 min dollar), çəki ifadəsində isə 11,2 faiz azalıb (2 182.83 ton).

Ekspert: "SOCAR-ın əməliyyat effektivliyi əvvəlki səviyyədə qalıb"

Beləliklə, hətta rəsmi mənbələrin məlumatlarından da ölkədə ciddi bahalaşma dalğasının başlandığını görmək olur. Bu proses nə qədər davam edəcək? Bahalaşma daha da sürətlənə bilərmi? İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, Statistika Komitəsinin açıqladığı rəsmi inflyasiya göstəricisidir: “Reallıqda inflyasiya bundan xeyli yüksəkdir. Bunun da əsas hərəkətverici qüvvəsi benzinin, dizelin və suyun qiymətindəki artımlardır. Bu artımların təsiri ilə bazarda baş verən bahalaşma rəsmi qurumun açıqladığı səviyyədə ola bilməz. Mən əvvəlcədən də demişdim ki, yanacaq və suyun tariflərinin artırılmasının istehlak bazarına təsiri zəif olacaq, yaxud olmayacaq kimi fikirlərin heç bir əsası yoxdur. Hətta aqrar istehsalçılara verilən subsidiyaların artırılmasına baxmayaraq, dizelin qiymətindəki bahalaşma kənd təsərrüfatı məhsullarının qiymətinə mütləq təsir etməliydi, edir də. Benzin və su isə xidmətlərin bahalaşmasına gətirib çıxarır. Təəssüflər olsun ki, tarif dəyişikliyi qışda baş verdiyi üçün ərzaq məhsullarının qiymətinə tez təsir etdi. Bu hadisə yayda olsaydı, qiymətlərə belə tez və ciddi təsir göstərməyəcəkdi”.

Əhalinin gəlirləri qiymətlərdən sürətli artıb | marja.az

Ekspert xatırladır ki, ərzaq qiymətləri bütün dünyada bahalaşır: “Son 2-3 ayda əksər ölkələrdə ərzaq qiymətlərində bahalaşma müşahidə olunur. Məsələn, şimal qonşumuz olan Rusiyada yanvar ayında hökumətin əsas diqqəti məhz ərzaq bazarındakı bahalaşmaya yönəlmişdi. Bu ölkənin buğda ixracına tətbiq etdiyi kvota və əlavə rüsumlar qlobal buğda bazarında bahalaşmaya səbəb oldu. Azərbaycan hökumətinin bu bahalaşmanın çörəyin qiymətinə təsirini önləmək üçün bir sıra addımlar atıb, lakin yaxın 1-2 ay ərzində buğdanın bahalaşması davam edəcək. Bu baxımdan, hökumətin addımlarının çörəyin qiymətini uzun müddət sabit saxlamağa yetərli olmaya bilər”.

P.Heydərov hesab edir ki, bahalaşma prosesi ilin birinci yarısının sonunadək davam edəcək: “Həm xarici faktorların, həm daxildəki tarif dəyişikliklərinin, həm də ümumi iqtisadi fonun tam şəffaflaşmamasının təsiri ilə bahalaşmanın aprel-may aylarında da davam edəcəyinin şahidi olacağıq. Baş verənlər göstərir ki, bir çoxlarının dediyinin əksinə olaraq, maaş və pensiya artımlarının ölkədə inflyasiyaya ciddi təsiri olmur, yaxud da hökumət onun qarşısını ala bilir. Amma xarici faktorların, həmçinin tənzimlənən tariflərin artırılması nəticəsində yaranan bahalaşma dalğasının qarşısını almaq hökumət üçün daha çətin olur. Azərbaycanda kəskin inflyasiya dalğasının qeydə alındığı dövrlərdəki vəziyyətə baxanda bunu açıq görmək olur. Düşünürəm ki, istehlak bazarı qiymətlərindəki indiki dəyişikliklər davamlı olsa da, kəskin xarakter almaya bilər. Bunun üçün inhisarçılığa qarşı sərt mübarizə aparılmalı, əsas ərzaq məhsulları üzrə vergi siyasətinə yenidən baxılmalı, iqtisadi aktivliyin yaranması üçün istehlak dəstəklənməlidir”.

Həmçinin oxuyun

“Gilan” Holdinq əhaliyə vaxtı keçmiş malları satmağa çalışır

Dünən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton …