Ana səhifə / Sosial / Bağça uşaqlarının qazi obrazı narazılığa səbəb oldu – VİDEO

Bağça uşaqlarının qazi obrazı narazılığa səbəb oldu – VİDEO

Sosial şəbəkələrdə uşaqların Zəfər Gününə həsr olunmuş tədbir görüntüləri geniş müzakirəyə səbəb olub.

Videonun uşaq bağçalarından birində çəkildiyi ehtimal olunur. Belə ki, videoda bağça uşaqlarının qazi obrazına salınması, ayaqlarının, başlarının sarılması narazılıq yaradıb.
Həmin görüntülər sosial media istifadəçilərini də ikiyə ayırıb.

Bəziləri “Mən bir müəllim kimi bu tədbirin məqsədini başa düşmürəm, bununla nə demək istəyirlər?”, “Uşaq bağçasında buna ehtiyac yoxdur, belə səhnəcikləri heç olmasa 12 – 14 yaşında məktəblilərlə keçirmək olar” kimi şərhlər yazılıb.
Bir qrup istifadəçilər isə “Yəqin Zəfər Günü ilə əlaqədar hansısa bağçada tədbir keçirilib. Səhnəciklər vasitəsilə uşaqlarda qazilərə ehtiram aşılamaq vacibdir. Vətənpərvər gənclər uşaq yaşlarından yetişməlidir”, “Uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması sizi niyə narahat edir ki?!” kimi fikir bildirib, etiraz edənlər də olub.

Həmin görüntüləri təqdim edirik:

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Fbakupost%2Fvideos%2F734981268242015%2F&show_text=false&width=360&t=0

Həmçinin oxuyun

“Vətəndaşın Azərbaycandakı yoxsulluqla bağlı fikirlərini qəbul etmirik”

“Statistika Komitəsinə sorğu göndərsək ki, nə qədər əhali var, o əhalinin nə qədəri işləyir, onların …