Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Badamdardakı sürüşmə fərdi tikililərə doğru irəliləyir

Badamdardakı sürüşmə fərdi tikililərə doğru irəliləyir

Badamdar qəsəbəsindəki sürüşmə zonasında gərginlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan virtualaz.org-a verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.

Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir.

Qərargahdan həmçinin bildirilib ki, sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.

*   *   *12:12

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.

*   *   *10:10

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən, hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb. Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadır.

Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargahyaradılıb.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …