Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Bacısının şəxsiyyət vəsiqəsilə 190 manat almaq istədi

Bacısının şəxsiyyət vəsiqəsilə 190 manat almaq istədi

“Elnarə Məmmədova adlı şəxs “Facebook” səhifəsində birdəfəlik ödəmə alanların siyahısında onun da olduğunu görüb və müraciət etmədən ona ödəniş təyin edildiyindən təəccübləndiyini, hətta şoka düşdüyünü yazır. Və soruşur: Pulun aqibəti necə olacaq?”

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, məsələ dərhal araşdırılıb: “Məlum oldu ki, xanımın bacısı Almaz Məmmədova onun şəxsiyyət vəsiqəsi məlumatı əsasında müraciət edib, öz əlaqə nömrəsini daxil edib. Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də sms qeyd edilən nömrəyə gedib. Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir.

Elnarə Məmmədovanın bu məsələni öz bacısı ilə aydınlaşdırmaq əvəzinə, əsassız ittihamla post paylaşmasını mühüm bir sosial dəstək tədbiri olan birdəfəlik ödəmə prosesi ilə bağlı mənfi rəy yaratmağa yönələn, məsuliyyətsiz davranış kimi qiymətləndiririk”.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …