Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Babək prospektində yenə yol çökdü – Maşın çuxura düşdü (FOTO,VİDEO)

Babək prospektində yenə yol çökdü – Maşın çuxura düşdü (FOTO,VİDEO)

Babək prospektində yenidən asfalt örtüyü çöküb. Hadisə bu gün axşam saatlarında baş verib.

Yolun çökməsi nəticəsində dərin çuxur yaranıb. Hərəkətdə olan minik avtomobili çuxura düşüb.

Musavat.com xəbər verir ki, saat 00:30 radələrində Babək prospektində“Mercedes” markalı 99 CA 956 dövlət nömrə nişanlı avtomobil çuxura düşüb.

Hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Hadisə şahidləri deyir ki, çuxur ətrafında təhlükəsizlik tədbirləri görülmədiyi üçün sürücü yolun qazılan hissəsini görməyib.

Hadisə yerindən çəkilmiş foto və video görüntüləri təqdim edirik.

Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

1548991672

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …